Maddə 331.
Sənədi saxlayandan ərizə daxil olduqdan sonra hakimin hərəkəti
331.1. Elan verilən gündən 3 aylıq müddət qurtarana qədər məhkəməyə sənədi saxlayandan ərizə daxil olduqda, məhkəmə sənədi itirmiş şəxsin ərizəsini baxılmamış saxlayır və emitent tərəfindən sənəd üzrə ödəmə və verməni müəyyən müddətdə qadağan edir.
331.2. Hakim eyni zamanda ərizəçiyə həmin sənədi saxlayana qarşı həmin sənədi tələb etmək barədə ümumi qaydada iddia vermək hüququnu, sənədi saxlayana isə hakimin qadağanedici tədbirlərlə vurulmuş zərəri onun ərizəçidən almaq hüququnu izah edir.
331.3. Bu Məcəllənin 331.1-ci və 331.2-ci maddələrində göstərilən məsələlər üzrə məhkəmənin qərardadından xüsusi şikayət verilə bilər.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.