Maddə 304.
Ərizə üzrə məhkəmənin qətnaməsi
304.1. Ərizəni əsassız hesab edən hakim onun təmin edilməməsi barədə qətnamə çıxarır.
304.2. Ərizə əsaslı hesab edildikdə hakim qətnamənin nəticə hissəsində qeyd etməklə, normativ xarakterli aktı bütövlükdə və ya qismən, onun qəbul edildiyi gündən qüvvədən düşmüş hesab edir.
304.3. Ərizə təmin edildiyi halda hakim qətnamənin nəticə hissəsində göstərməlidir ki, qüvvədən düşmüş hesab edilmiş normativ xarakterli aktı dərc etmiş kütləvi informasiya vasitəsi redaksiyası, məhkəmənin təyin etdiyi müddət ərzində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi barədə məlumat dərc etməyə borcludur.
304.4. Normativ xarakterli aktın bütövlükdə və ya qismən qüvvədən düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs üçün, habelə vətəndaş və ya dairəsi qeyri-müəyyən olan və mübahisə olunan normativ aktın qüvvəsi hüquq və vəzifələrinə şamil olunan şəxslər üçün məcburidir. Həmin qətnamə preyudisial qüvvəyə malikdir və digər şəxslər tərəfindən normativ xarakterli aktın qanuniliyi aktın yalnız məhkəmə yoxlamasının obyekti olmayan hissəsi üzrə yenidən mübahisə edilə bilər.
Üçüncü yarımbölmə
Xüsusi icraat
Fəsil 30
Ümumi müddəalar