Maddə 300.
Məhkəmənin qətnaməsi və onun icrası
300.1. Hakim ərizəni əsaslı hesab etdikdə müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin yol verdikləri hüquq və azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır.
300.2. Mübahisə edilən qərar və hərəkətlər (hərəkətsizlik) nəticəsində şəxsin hüquq və ya azadlığının pozulmadığı müəyyən edilərsə, hakim ərizəni təmin etməkdən imtina edir.
300.3. Məhkəmənin qətnaməsi qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqanın rəhbərinə, vəzifəli şəxsə, yaxud tabelik qaydasında yuxarı orqana və ya vəzifəli şəxsə qətnamənin qanuni qüvvəyə minməsindən sonra 3 gün müddətində göndərilir.
300.4. Qətnamənin icrası barədə onun rəsmi qaydada verildiyi gündən 1 aydan gec olmayaraq məhkəməyə və şəxsə məlumat verilməlidir. Qətnamənin icra edilməməsinə görə təqsirkar vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
Fəsil 28
Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) mübahisələrə dair işlər üzrə icraat