Maddə 23.

Etirazın və ya özü-özünə etirazın təmin edilməsinin nəticələri

 
23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.
23.2. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.
23.3. Kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü-özünə etiraz təmin olunduqda, iş həmin məhkəməyə, başqa tərkibə verilir.
23.4. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində birinci instansiya qaydasında işlər üzrə hakimə etiraz və ya özü özünə etiraz, yaxud məhkəmənin bütün tərkibinə etiraz edilərsə, bu halda iş başqa hakim və ya başqa tərkib tərəfindən həmin məhkəmədə baxılır.
23.5. Apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə, bu halda iş kassasiya instansiyası məhkəməsi tərəfindən başqa apellyasiya instansiya məhkəməsinə verilir.
 
Fəsil 3
Məhkəmə aidiyyəti
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.