Maddə 226.

Bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılan qətnamə

 
226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.
226.2. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinә yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.