Maddə 221.

Dövlət orqanlarının yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, vəzifəli şəxslərin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə dair məhkəmə qətnaməsi

221.1. Dövlət orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatın və ya vəzifəli şəxsin aktının etibarsız hesab edilməsi haqqında qətnamənin nəticə hissəsində aşağıdakılar göstərilməlidir:
221.1.1. həmin aktın adı, sıra sayı, qəbul olunma tarixi, aktın digər zəruri rekvizitləri və onu verən orqan barədə məlumatlar;
221.1.2. aktın tam və ya qismən etibarsız hesab edilməsi, habelə həmin aktın qəbul edildiyi andan etibarsız olması barədə göstəriş.
221.2. Dövlət qeydiyyatından imtinanın və ya belə qeydiyyatın aparılmasından yayınmanın qanunsuz hesab edilməsi barədə tələbi təmin edərkən məhkəmə qətnamənin nəticə hissəsində müvafiq dövlət orqanının üzərinə həmin qeydiyyatın aparılması vəzifəsini qoyur.
221.3. Normativ aktı və ya onun haqqında verilmiş məlumatı qanunsuz hesab edən məhkəmə qətnaməsi normativ aktın nəşr olunduğu kütləvi informasiya vasitəsində və ya məhkəmənin belə qətnaməni dərc etməyi zəruri saydığı kütləvi informasiya vasitələrində nəşr edilməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.