Maddə 209.

İşə mahiyyəti üzrə baxmağın qurtarması

 
209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslər və onların nümayəndələrinin bu barədə mövqeyini öyrənməklə iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir.
209.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasında onlara məlum olmuş yeni faktlarla əlaqədar şərhlər və əlavə sübutlar təqdim etmək üçün işə baxılmasını növbəti iclasa keçirilməsini xahiş edə bilərlər. Belə halda bu Məcəllənin 188-ci maddəsi tətbiq edilir.
209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.