Maddə 168.
Ərizənin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi
168.1. Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir.
168.2. Mülki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsi iddiaçı tərəfindən də edilə bilər. Bu halda iddiaçı məhkəməyə göndərilən sənədlərin rəsmi qaydada verilməsini təsdiq edən sənəd təqdim etməlidir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.