Maddə 163.
Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardaddan şikayət verilməsi
163.1. Müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar.
163.2. Müvəqqəti təminat tədbiri haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır.
163.3. Müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.
163.4. Müvəqqəti təminat tədbirini ləğv etmək haqqında və yaxud müvəqqəti təminat tədbirinin bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.