Maddə 160.
Müvəqqəti təminat tədbirləri haqqında qərardadın icra edilməsi
160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir.
160.2. Müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardad icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərardad əsasında icra vərəqəsi verilir. Qərardad və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.