Maddə 139.

Məhkəmə bildirişinin məzmunu

 
139.1. Məhkəmə bildirişi məhkəmənin rəsmi sənədi olmaqla müvafiq qaydada təsdiq olunmuş formada tərtib edilir.
139.2. Məhkəmə bildirişində aşağıdakılar göstərilməlidir:
139.2.1. məhkəmənin adı, ünvanı və əlaqə üçün məlumatlar (indeks, telefon, faks və s.);
139.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
139.2.3. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
139.2.4. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
139.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
139.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
139.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;
139.2.7-1. işdə iştirak edən şəxslərin prosessual hüquq və vəzifələrinin izahı;
139.2.8. ünvan sahibinin olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
139.2.9. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat vermək vəzifəsinə dair qeyd.
139.3. Məhkəmə bildirişində verilmiş apellyasiya və kassasiya şikayətinin qərarın ləğv edilməsinə yönəldiyi və ya şikayətdə ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmetinin bölünməz olduğu halda, mübahisələndirilən hissə ilə bağlı işdə iştirak edən digər şəxslərin şikayət vermək hüquqlarından vaxtında istifadə etməmələrinin, habelə dəlillərini irəli sürməmələrinin sonradan şikayət vermə hüquqlarını aradan qaldırması ilə nəticələnəcəyi xüsusi olaraq izah edilməlidir.
139.4. İşə yazılı icraat qaydasında baxılması barədə bildirişdə bu Məcəllənin 139.2.1, 139.2.3–139.2.8-ci maddələrində nəzərdə tutulmuş məlumatlar, apellyasiya və kassasiya instansiyası icraatında isə həmçinin işdə iştirak edən şəxslərə şikayətlərə dair onların etiraz və ya izahatlarının təqdim edilməsinə dair təklif göstərilməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.