Maddə 976.
Tapşırığın icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə məsuliyyət
976.1. Müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır.
976.2. Tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər.
976.3. Əgər bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması pul vəsaitinin qanunsuz tutulmasına səbəb olmuşdursa, bank bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.
§ 3. Akkreditiv üzrə hesablaşmalar