Maddə 967.
Bank sirri
967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.
967.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və nümayəndəsinə verilir. Belə məlumatlar digər şəxslərə yalnız “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada verilir.
967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.