Maddə 954.

Bank hesabı müqaviləsi

 
954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər.
954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.
954.4. Bu fəslin banklara aid qaydaları verilmiş xüsusi icazəyə (lisenziyaya) müvafiq surətdə bank hesabı müqaviləsi bağlayan və icra edən başqa kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur. Maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi depozitarın açdığı və apardığı pul hesablarına bu fəslin qaydaları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla tətbiq edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.