Maddə 814.

Əqdin üçüncü şəxs tərəfindən icrası üçün komisyonçunun məsuliyyəti

 
814.1. Komisyonçu komitentin hesabına əqd bağladığı üçüncü şəxsin öhdəliklərinin icrası üçün məsuliyyət daşıyır, bu şərtlə ki, o belə məsuliyyət götürmüş olsun. məsuliyyət üçüncü şəxslə bağlanmış əqddən onun üçün irəli gələn bütün öhdəliklərə şamil edilir.
814.2. Bu halda komisyonçuya əlavə muzd verilməlidir. Müqavilədə ayrı şərt qoyulmadıqda əlavə muzdun miqdarı bank zaminliyi üçün adi muzd üzrə müəyyənləşdirilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.