Maddə 553.

Öhdəliklərin xitamı üçün müddətin kəsilməsi

 
553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir:
553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə;
553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə.
553.2. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.