Maddə 1239.

Vəsiyyətnamənin icrası xərclərinin əvəzinin ödənilməsi

 
1239.1. Vəsiyyətnamənin icraçısı öz vəzifələrini əvəzsiz yerinə yetirir, hərçənd, vəsiyyətnamədə nəzərdə tutulmuşdursa, muzd da ala bilər.
1239.2. Vəsiyyətnamənin icraçısı əmlakın mühafizəsinə və idarə edilməsinə çəkdiyi zəruri xərclərin əvəzinin mirasdan ödənilməsi hüququna malikdir.
1239.3. Vərəsə olmayan vəsiyyətnamə icraçısı, bu Məcəllənin 1249-cu maddəsində nəzərdə tutulan hallardan başqa, digər xərcləri mirasdan ödəyə bilməz.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.