Maddə 1130.

Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi müddətləri

 
1130.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir.
1130.2. Çıxarılmışdır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.