Maddə 1078-42.

Qiymətli kağızlar bazarında məlumatların açıqlanması

 
1078-42.1. Qiymətli kağızlar bazarında məlumatların açıqlanması hər bir maraqlı şəxsin həmin məlumatlarla tanış olması imkanının təmin edilməsindən ibarətdir.
1078-42.2. Bu Məcəllə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada emitent, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, qiymətli kağızlar bazarının özünü tənzimləyən təşkilat fəaliyyətləri ilə bağlı kütləvi informasiya vasitələrində məlumatları açıqlamalıdırlar. Hamı üçün müəssər olan məlumatlar açıqlanmış məlumatlar hesab olunur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.