Maddə 1078-14.
İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında məlumatın açıqlanması
1078-14.1. İnvestisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunduqda, emitent onları yerləşdirməzdən əvvəl emissiya prospektində olan məlumatlan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada açıqlamalıdır.
1078-14.2. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti emitentin ünvanında, qiymətli kağızların satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir. Emitent emissiya prospekti ilə tanış olmaq üçün zəruri olan şəraiti yaratmalı və bunun üçün vaxtı və ünvanı kütləvi informasiya vasitələrində elan etməlidir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.