Maddə 1053.
Çek üzrə ödənişi almağa ixtiyarlı şəxsin adı
1053.1. Çek yazıla bilər:
1053.1.1. müəyyən şəxsin adına;
1053.1.2. təqdim edənə (adsız).
1053.2. Çek "və ya təqdim edənə" qeyd-şərti ilə, yaxud bu cür məna ifadə edən qeyd-şərtlə müəyyən şəxsə verilərsə, adsız çek sayılır.
1053.3. Sahibinin adı göstərilməyən çek adsız çek sayılır.
1053.4. Çek, çek verənin özünə verilə bilər.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.