Maddə 1031.
Vekselin ödənişindən və ya akseptindən imtina
1031.1. Əgər köçürmə vekselini ödəməkdən imtina edilmişdirsə, ödəniş müddəti çatdıqda veksel saxlayan özünün reqres hüquqlarını indossantlara, veksel verənə və veksel üzrə digər mükəlləfiyyətlilərə qarşı həyata keçirə bilər.
1031.2. Ödəyici köçürmə vekselinin akseptindən tamamilə və ya qismən imtina etdikdə, veksel saxlayana da eyni hüquq ödəniş müddəti çatanadək mənsub olur.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.