Maddə 310.

Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət

 
İstər işçilər, istərsə işəgötürənlər, istərsə başqa fiziki şəxslər bu Məcəllə ilə əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati cinayət məsuliyyəti daşıyırlar.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.