Maddə 307-1.

İşçilərin icbari tibbi sığortası

 
İşəgötürən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.
 
XIII bölmə
 
Yekun normalar
 
Qırx yeddinci fəsil
 
Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət. Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.