Maddə 284.

İşəgötürənin lokaut elan etmək hüququ və bu hüququn məhdudlaşdırılması

 
1. İşəgötürən aşağıdakı hallarda işçilərini həmkarlar ittifaqları təşkilatını müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilər:
işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə digər imkanlarına açıq-aşkar uyğun olmadıqda;
qanunsuz elan olunmuş tətil davam etdirildikdə;
onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) ya digər şəxslər tərəfindən tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktlar olduqda.
2. İşəgötürən lokaut elan etməzdən əvvəl işçilərlə, həmkarlar ittifaqları təşkilatı ilə danışıqlar aparmalı, tətilin dayandırılıb işə başlanılması barədə razılığa nail olmaq üçün bütün imkanlarından istifadə etməlidir.
3. Lokautun elan edilməsi üçün əsas hesab edilən hallar aradan qaldırılmadıqda işçilərə edilmiş xəbərdarlıq müddəti bitdikdən sonra işəgötürən lokaut elan edərək müəssisənin fəaliyyətini, fiziki şəxs olan işəgötürən isə öz fəaliyyətini müvəqqəti dayandıra bilər.
4. Bu maddə ilə müəyyən edilmiş hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağandır.
Qeyd: Lokaut kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi müəssisənin və ya fiziki şəxs olan işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz əsassız tətillərin qarşısını almaq məqsədi ilə işəgötürən ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin və ya fiziki şəxs olan işəgötürən tərəfindən öz fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.