Maddə 280.
Tətil hüququnun məhdudlaşdırılması və tətillərə yol verilməyən hallar
1. Hərbi və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işçilərin tətil hüququ məhdudlaşdırıla və ya qadağan oluna bilər.
2. Dövlətin sosial-iqtisadi siyasətinin aparılmasının ümumi prinsiplərinin razılaşdırılması ilə bağlı hallardan başqa siyasi məqsədlər güdən tətillərə yol verilmir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.