Maddə 233.

Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması

 
1. İşçilər aşağı temperatur şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir ya dayandırılır.
2. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti açıq şəraitli yerlərində ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir dayandırılır.
3. İşçilərə fasilələr verilməsi işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.
4. Fasilələr vaxtına daxil edilir bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.