Maddə 213.

Əməyin mühafizəsi sahəsində dövlət orqanlarının (qurumlarının), dövlətin adından yaradılan publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin səlahiyyətləri

 
Müvafiq icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:
həmkarlar ittifaqları təşkilatlarının, işəgötürənlərin nümayəndəli orqanlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin müvafiq yerlərində həyata keçirilməsinin əsas istiqamətlərini müəyyən edir bu barədə nəzərdə tutulan tədbirləri həyata keçirirlər;
əməyin mühafizəsi üzrə sahə standartlarını, normalarını, qaydalarını, normativ hüquqi aktlarını hazırlayır müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin edirlər;
müəssisələrin rəhbər işçilərinin, mütəxəssislərinin əməyin mühafizəsi normaları qaydaları üzrə təlimini keçirir onların biliklərini yoxlayırlar;
tabeliklərində olan müəssisələrdə əməyin mühafizəsi qayda normalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər;
zəruri hallarda müvafiq sahə üzrə əmək təhlükəsizliyini təmin edən cihazların, qurğuların digər qoruyucu vasitələrin hazırlanmasını təşkil edirlər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.