Maddə 104.

İstirahət günləri

 
1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük həftəsində iki gün, altıgünlük həftəsində isə bir gün olmalıdır.
2. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.
3. Hər dəfə qan ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.